ONN İnformasiya Agentliyi

Bu futbolçu karyerasına son qoydu

Bu futbolçu karyerasına son qoydu
19-07-2020, 03:25

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Bu barədə Futbol Klubunun rəsmi instaqram hesabında məlumat verilib. Belə ki, kapitan Eltun Yaqublu bakılılarla vidalaşıb.

""Səbail" Peşəkar Futbol Klubunun kollektivi adından dörd gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Eltun!", - paylaşımda yazılıb. 

Daha sonra instaqram hesabında paylaşım edən E.Yaqublu karyerasına son qoyduğunu açıqlayıb: 

"Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım. "Səbail" rəhbərliyinə, məşqçilər korpusuna və mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar...".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png