Aprelin 16-da AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. ONN media Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının XXIV turunun oyunlarında yol verilən qayda pozuntularına görə cərimələr tətbiq olunub. “Qarabağ” – “Sabah” qarşılaşmasında meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat məbləğində cərimə olunub. “Səbail” – “Neftçi” matçında isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat məbləğində cərimələnib. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə üç oyunluq yaşıl meydanlardan kənarda qalacaq. Klub isə 1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyunluq cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın qalan hissəsi qüvvəyə minəcək. “Keşlə” – “Qəbələ” görüşünün 88-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Məşqçinin əməlinə görə klub 800 manat məbləğində cərimə olunub. Həmçinin “Keşlə” – “Qəbələ” matçının gedişində “Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı “Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət edilib. Futbolçuya məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.
AFFA bu klubları cərimələdi



AFFA "Qarabağ"ı cərimələdi- SƏBƏB İSƏ...
AFFA-dan futbolçulara cəza, klublara cərimə
AFFA bu klubları cərimələdi
AFFA bu futbolçuları CƏZALANDIRDI
AFFA “Neftçi”ni cərimələdi
AFFA-dan sərt qərar - “Neftçi”nin məşqçisinə 20 oyunluq cəza
AFFA Mahir Emrelini cəzalandırdı
Azərbaycanda futbol klubu isti suya görə cəza aldı
AFFA klubları CƏZALANDIRDI
“Qarabağ” və “Neftçi” cərimələndi
AFFA “Qarabağ”ı cərimələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 