Son günlər Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlumatlar yayılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib.
Qeyd edilib ki, qiymət ucuzlaşması bazarın tələbi ilə baş verib.
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir:
"Ölkə bazarının tələbi 4-4.5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir".
M.Həsənli onu da qeyd edir ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var:
"Bu istehsal artıq neçə ildir davam edir. Nəticədə yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq".
*** 12:22
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.
ONN media xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.
Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.
Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.



Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Bir sıra hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif edildi
Prezident AZTV-yə müsahibə verdi - TAM MƏTN
Yumurtanın qiyməti bahalaşıb?- RƏSMİ AÇIQLAMA
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
Prezident İlham Əliyev "İnterfaks"a müsahibə verdi - TAM MƏTN
İlham Əliyev “A Haber” telekanalına müsahibə verdi (YENİLƏNDİ)
Prezident İlham Əliyev “BBC News”a müsahibə verib
Yumurtanın qiymətini artırmayın! - Rəsmi xəbərdarlıq
İlham Əliyevin “Haber Türk” telekanalına verdiyi müsahibənin - TAM MƏTNİ
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın 