ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

Azərbaycan neftinin bir bareli 81 dolları ötüb
23-05-2018, 23:56


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 81,32 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,42 dollar/barel çoxdur.

Bu barədə ONN media -ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 80,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 77,64 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 80,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png