ONN İnformasiya Agentliyi

Azərbaycan ət idxalını 7%-dən çox azaldıb

Azərbaycan ət idxalını 7%-dən çox azaldıb
16-07-2018, 19:45


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 32 mln. 366,35 min dollar dəyərində 21 969,94 ton ət idxal edib.

ONN media xəbər verir ki, bu barəd  Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında bildirilir.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı müqayisədə 1 707,31 ton və ya 7,21% azdır. Məbləğ baxımından isə illik nisbətdə  3 mln. 148,72 min dollar və ya 8,87% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 35 mln. 515,07 min dollar dəyərində 23 677,25 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png