Ölkədə qızıl və gümüşün qiyməti bahalaşmaqda davam edir.
ONN media xəbər verir ki, avqustun 27-də qızılın qiyməti ötən həftənin cümə günü ilə müqayisədə 31,824 manat artaraq 1 troy unsiyası üçün 2051,526 manat təşkil edib.
Gümüş 0,4952 manat bahalaşaraq 1 unsiya üçün 25,2522 manata bərabər olub.
Platinin qiyməti 19,1845 manat artaraq 1347,4965 manat, palladiumun qiyməti isə 34,1445 manat artaraq 1597,218 manat təşkil edib.