Azərbaycanda qızıl və gümüş bahalaşıb.
ONN media xəbər verir ki, noyabrın 22-də qızılın qiyməti noyabrın 21-i ilə müqayisədə 9,7325 manat artaraq 1 unsiya üçün 2085,22 manat təşkil edib.
Gümüş 0,3015 manat bahalaşaraq 1 unsiya üçün 24,6391 manata bərabər olub.
Platinin qiyməti 4,8875 manat artaraq 1437,129 manat, palladiumun qiyməti isə 12,3165 manat artaraq 1960,0575 manat təşkil edib.