Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
ONN media trend -ə istinadən xəbər verir ki, noyabrın 26-da qızılın qiyməti noyabrın 23-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2082,8315 manat təşkil edib.
Gümüş 0,266 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3935 manata bərabər olub.
Platinin qiyməti 3,2725 manat azalaraq 1437,5455 manat, palladiumun qiyməti isə 38,301 manat azalaraq 1924,859 manat təşkil edib.