Azərbaycanda qızıl və gümüş bahalaşıb.
ONN media xəbər verir ki, dekabrın 13-də qızılın qiyməti dekabrın 12-i ilə müqayisədə 0,5865 manat artaraq 1 unsiya üçün 2116,007 manat təşkil edib.
Gümüş 0,224 manat bahalaşaraq 1 unsiya üçün 25,0689 manata bərabər olub.
Platinin qiyməti 33,048 manat artaraq 1369,8005 manat, palladiumun qiyməti isə 28,4665 manat artaraq 2152,5825 manat təşkil edib.