Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən ONN media -ya verilən məlumata görə, işsiz statusu verilən şəxslərin 37,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat olub. Bakı şəhəri üzrə 9 243 nəfər işsiz statusu alıb. 2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5133,1 min nəfər olub, onlardan 4879,3 min nəfərini məşğul əhali təşkil edib.
Ölkədə nə qədər işsiz var? - RƏSMİ

