Çuxur məhəlləsində Həsənqulu adlı rəngsaz yaşayırdı. 80 yaşı olmasına baxmayaraq hələdə rəngsazlıq edirdi. Həmişə işdən qayıdanda əllərini fırladaraq “belə da , belə daa” deyə deyinirdi. Sanki kiminləsə danışırdı. Rövşən adında bir oğlu varıydı. Ona “Cını” deyirdilər. Məhəlləmizin dəlisov uşaqları yığışıb Həsənqulunun qaplarını daşlayardılar. Amma indiyə kimidə bilmirəm nəyə görə. Sanki bundan zövq alırdılar.
Divarlaırnın yanından keçəndə Həsənqulu kişinin səsini eşitdim.
: “Ay arvad bu əclaflar daş atmamış tez gətir həyətdə çörəyimiz yeyək, birazdan başlayacaqlar”
Yazıq kişidə Cınını qapının ağzında pusquda saxlayardı. Günlərin birində çeşmədən su gətirəndə görərdim ki, yazıq Cını günün altında yorğun yorğun uzanıb qapının arxasında. Günlərin bir günü qapını daşlayanı Cını yaxaladı. İçəri qatıb əllərini bağladı. “Ataaaaa tez gəl tutmuşam birini ” deyə bağırdı. Həsənqulu bir banka qırmızı rəng boyası gətiridi. Qozman Əlinin oğu Nazimi paltarının üstündən rəngləyib buraxdı.
Günlərin bir günü aşağı məhlədə toy varıydı. Məhəllə uşaqları oynayıb yorulandan sonra dedilər ki, gedək Cıngilin qapısını daşlıyaq. Futbolist Zəif və İncə Əsgər əllərində daş qapıya yaxınlaşdılar. Zəif daşı həyətə tulladı. İncə Əsgər əlində ki, kubiki qapıya tərəf tullayanda qapıdan Cını cıxdı. Yazıq Cını kubiki göydə tutdu və kubikin ağırlığında öznü saxlaya bilmədi və təxminən üç metr ucalıqdan kubiklə bərabər həyətə dığırlandı.
Axşam məhləmizdə müzakirə başladı. Həsənqulunu necə cəzalandıraq. Dedilər ki, gəlin qapısını sındıraq. Səhərisi gün uşaqlar əllərində iri daşlarla qapını kütləvi daş atəşinə tutdular. Hətta yaşca kiçik olan Mışdılı da bunlara qoşulmuşdu. Daşlar elə yağırdı ki, Cının qapıdan çıxamsına imkan olmadı və evlərinin damına tullandı. Yüksək səslə “Ata yaz”- Nemes Erikanın oğlu Səməd, Sadıxın oğlu Qudan, Cəfər İmanovun oğlu Ələsgər , Cavadın oğlu Heydər . Qalanlarının adını deməkdə çətinlik çəkidi. Çünki uzaqlaşmışdılar. Həsənqulu əlində dəftərçə bayıra çıxdı. Bir başa milis idarəsinə Qurizin Aydının yanına getdi. Sahə müvəkkili məhləmizə gəldi. Evlərdə uşaqların səsi eşidildi. Səməd, Qudan, Heydər döyülməyə başladı.
Ertəsi gün xüsusi toplantı oldu. Bir saatdan sonra matarenli (motosiklet) gətirildi. Aşağı məhlədən araba və matarenliylə kubiklər daşındı. Məhəllə uşaqları Səmədin, Qudanın, Heydərin acığını Həsənquludan xüsusi qəddarlıqla çıxmaq istəyirdilər. Evlərində ana və nənələrinin güllü çarşablarını gətirdilər. Başlarını saldılar. Sanki məsciddən gələn nənələrə bənzədilər. Beə etdilərki Cını bayıra çıxıb adlarını yazmaq istəyəndə tanımasın. Yarım saatdan sonra kubiklər Həsənqulunun qapısına tuşlandı. Təxminən ona yaxın kubik Həsənqulunun qapısını yerindən çıxardı. Həyətdən səs gəldi : “Cınııııııı, tez de yazım.” Bu zaman uşaqlar çadralarını bərkidib sakitcə yeriyərək uzaqlaşırdılar. Cını damın üstünə çıxdı və gözlərinə inanmadı. Yüksək səslə ağlayaraq :
“Dədəəəəəə evimiz yıxılddıııııı, Dədəəəəəəəə”. Həsənqlu bağıraraq ə köpəkoğlu tez adlaırnı de. Cını evlərini üstündə dizlərini torpaqlı dama vuraraq əllərini başına vuraraq : “Dədəəəəə evimiz yıxıldı eee. İndi də qancıqlar başladııııı”.
Bu hadisədən sonra artıq yağan daşlara fikir vermədən həyatlarını sürdülər.
Tahir Tahiroviç