ONN İnformasiya Agentliyi

Avro bu il ilk dəfə 2 manatdan aşağı endi

Avro bu il ilk dəfə 2 manatdan aşağı endi
30 Mart 2021 - 11:15

Martın 30-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu il ilk dəfə olaraq 2 manat səviyyəsindən aşağı enərək 1,9998 manat təşkil edib.

ONN media  bildirir ki, sonuncu dəfə avronun manata qarşı məzənnəsini bu səviyyəyə ötən ilin 5 noyabr tarixində yaxın olub – 1,9956 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2055 manat enib, 1 Rusiya rublun məzənnəsi isə 0,0225 manata yüksəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png