ONN İnformasiya Agentliyi

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq

Azərbaycan Əfqanıstana yumurta ixracını artıracaq
26 Sentyabr 2019 - 20:40

“Hacıqabul quşçuluq fabriki” yaxın aylarda Əfqanıstan bazarına növbəti dəfə yumurta tədarük etməyi planlaşdırır.

ONN media bildirir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumata əsasən, hərəsi 360 yumurtadan ibarət 250-300 bağlamanın ixracı nəzərdə tutulur:

“Bu, həmin bazara ikinci tədarükümüz olacaq. İlk ixracat 200 bağlamadan ibarət idi. Paralel olaraq biz yumurta istehsalını 30-35 milyon ədədədək artırmağı planlaşdırırıq. Hazırda bu göstərici 25 milyon ədəd təşkil edir”.

Müəssisədə istehsal olunan məhsul uyğunluq sertifikatına malikdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png