ONN İnformasiya Agentliyi

Neftin qiyməti açıqlandı

Neftin qiyməti açıqlandı
23 Sentyabr 2020 - 20:35

Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama “qara qızıl”ın qiymətlərinə təsirsiz ötüşməyib.

Bu gün Böyük Britaniyanın paytaxtı Londonun “İCE Furutes” birjasında keçirilən hərracda “Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 dollara düşüb). ABŞ-ın Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 dollara realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 dollara, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 dollara çatmışdı.

Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. “SP Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png