ONN İnformasiya Agentliyi

Rusiya Azərbaycan müəssisəsindən pomidor idxalına İCAZƏ VERDİ

Rusiya Azərbaycan müəssisəsindən pomidor idxalına İCAZƏ VERDİ
15 Dekabr 2020 - 21:34

“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) dekabrın 16-dan etibarən Azərbaycanın Xızı bölgəsində “Aqroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya idxalına icazə veriləcəyini açıqlayıb.

ONN media  xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qurum belə bir qərarın respublikanın Qida Təhlükəsizliyi Agentliyi ilə dekabrın 9-dan 14-dək baş tutan üç turdan ibarət danışıqların nəticəsində verildiyini açıqlayıb.

Bu görüşlərdə Azərbaycan nümayəndələri pomidor və almalarda zərərvericilərin aşkarlanması halları ilə bağlı aparılan araşdırmaların nəticələrindən bəhs ediblər.

“Azərbaycanın daha iki istixana təsərrüfatının məhsullarının idxalına icazə verilməsi məsələsi müzakirə mərhələsindədir. Bu istiqamətdə ölkənin səlahiyyətli orqanları ilə iş davam edir”, – deyə qurumdan bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png