ONN İnformasiya Agentliyi

Azərbaycanda vəzifəli şəxsin meyiti dərədən tapıldı

Azərbaycanda vəzifəli şəxsin meyiti dərədən tapıldı
19 Avqust 2020 - 15:24

Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.

ONN media  xəbər verir ki, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarına görə polis şöbəsinə məlumat veriblər.

Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub.

Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png