ONN İnformasiya Agentliyi

Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir

Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir
30 Oktyabr 2019 - 4:05
Xərçəng XX və XXI əsrin bəlası sayılır.

Bu günə qədər alimlər bir çox təcrübələr aparsalar da, bu xəstəliyin tam müalicəsini tapa bilmirlər. Amma ara-sıra aparılan təcrübələr xərçəng hüceyrələrini məhv edən, bu xəstəliyinin yaranmasının qarşısını alan müəyyən üsulları üzə çıxarır. ONN media xəbər verir ki, gündəlik həyatda içdiyimiz çay xərçəngə qarşı mübarizə üsulu sayıla bilər. Bunu yapon alimləri qeyd ediblər. Bildirilir ki, yaşıl çay xərçəngin inkişafının qarşısını ala bilər.

Alimlər vurğulayırlar ki, effekt əldə etmək üçün gün ərzində 4-6 fincan yaşıl çay içmək lazımdır. Bu çayın tərkibində olan xüsusi antioksidantlar sərbəst radikalların yaranmasının qarşısını alır.

Bundan əlavə, yaşıl çay arıqlamağa da kömək edir. Çünki tərkibində olan elementlər piyi əridir və metabolizmi sürətləndirir.

Qeyd edək ki, badam, tuna balığı, yumurta və toyuq əti də xərçəngə qarşı mübarizədə kömək edir.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png