ONN İnformasiya Agentliyi

Əhməd Cavad haqqında film çəkilir

Əhməd Cavad haqqında film çəkilir
21 Yanvar 2022 - 14:25

Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar bu il türk dünyasının istiqlal şairinin indiyə qədər heç yerdə çap olunmayan şeirlər kitabı işıq üzü görəcək. 

ONN media bildirir ki, bu barədə Publika.az-a açıqlamasında Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib. 

O bildirib ki, artıq bununla bağlı işlərə başlanılıb: 

“Hələ ki, 130 illik yubiley tədbiri ilə bağlı buralarda sakitlikdir. Amma buna baxmayaraq, müəyyən işlər də görülür. Prezident həmişə himnimizin sözlərinin müəllifinin yubileyi ilə bağlı sərəncam imzalayır. 120 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. Yəqin ki, bu il də belə olacaq. Artıq Türkiyədə Əhməd Cavadın həyat və yaradıcılığı ilə bağlı sənədli filmin çəkilişləri gedir. Həmin filmi TRT çəkir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png