Futbol üzrə Azərbaycan Premyer Liqası, ölkə kuboku və Birinci Divizionunda mövsümün sonuna qədər bütün oyunlar Dövlət Himni ilə start götürəcək. ONN media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu addım Vətən uğrunda canlarından keçən şəhidlərə hörmət əlaməti olaraq atılıb.
Dövlət Himni səslənmədən matç başlamayacaq - YENİ QƏRAR

