Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
ONN media xəbər verir ki, mərasimdə çıxış edən akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib. O, layihənin adının məhz bu cür seçilməsinin təsadüfi olmadığını deyib:
“Yaradıcılıq Fondu hər il “Ədəbiyyat adamı” mükafatını 5 nəfərə verməyi planlaşdırır. Mükafat suvenir və 1000 manat puldan ibarətdir. Ümid edirik ki, gələcəkdə imkanlarımız daha da genişlənər. Onu da qeyd edim ki, bu adı tapmaq o qədər də asan olmadı. Adla bağlı bəzi təkliflər oldu, amma “Ədəbiyyat adamı” mənə elə gəlir ki, qulağa xoş gələn addır. Əslinə qalsa, ədəbiyyat adamı yaxşı bir oxucu da ola bilər”.
Akademikin çıxışından sonra yazıçı Nəriman Əbdülrəhmanlı, şair Səlim Babullaoğlu, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova və AYB üzvü Şirindil Alışanlıya mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən şair Qismət Rüstəmov layihənin ölkə xaricində də tədbirlər planlaşdırdığını deyib:
“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub”.



Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - FOTO
Ədəbiyyat üzrə Nobel mükafatı ONA VERİLDİ
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı təqdim olundu - FOTOLAR
Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
Yunus Oğuzun "Cığır" romanı işıq üzü görüb
Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin adı açıqlandı - FOTO
Məşhur iş adamı qəzaya uğrayıb
Yunus Oğuzun “Səfəvi Şeyxi” romanının təqdimatı olacaq- ƏDƏBİYYAT İNSTİTUTUNDA
Abel Məhərrəmovun bacısından SƏRT AÇIQLAMA: “Adamı toya çağıranda gedərlər!”
Bu gün Mirəli Seyidovun vəfat etdiyi gündür
Temperatur 38 dərəcəyə yüksələcək
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Ukrayna Nisanovun Moskvadakı bazarını vurdu
İran sərhədçiləri minaya düşdü: ölən var
Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir
DÇ-2026: ikinci tura start verilir
Neft Emalı Zavodunda yanğın başladı
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar
Azərbaycan buna görə birinci yerdədir
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək 