ONN İnformasiya Agentliyi

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb
28 Mart 2019 - 16:16

ONN media xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanmışdır.

Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalamışdır.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunmuşdur.  Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə M/enecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png