ONN İnformasiya Agentliyi

Horadizdə – “Ana Vətən”

Horadizdə – “Ana Vətən”
20 Fevral 2019 - 14:17

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub.

ONN media bildirir ki, tədbirdən öncə foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfininin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhər əhalisi iştirak edib.

Məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdən sonra 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini və aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png