Xüsusən uşaqlarda, eləcə də ahıl yaşlı insanlarda və müxtəlif səbəblərdən orqanizmin müdafiə qabiliyyəti zəifləmiş insanlarda bu xəstəliklər daha ağır gedişə malik olub fəsadlaşmalarla nəticələnir.
Tibb elmləri doktoru, professor, Asiya Elmlər Akademiyasının həqiqi üzvü Akif Qurbanov Medicina.az-a müsahibə verib.
ONN media Publika-ya istinadla müsahibəni təqdim edir:
- Hazırda virus infeksiyaları geniş yayılıb. Onların orqanizmə nə kimi təsiri ola bilər və bu barədə sizin tövsiyələriniz nədir?
- Bəli, virus infeksiyaları yenidən geniş yayılıb və insanlar bədən müqavimətini gücləndirmək üçün müxtəlif üsullara əl atırlar. Xəstəliyin ilk dövrlərində zökəm əlamətləri, öskürək, yüksək hərarət, əzələ və baş ağrıları, yorğunluq kimi hallara çox rast gəlinir. Lakin virus infeksiyaları yalnız bu əlamətlərlə kifayətlənmir, onlar ciddi sistemli iltihabi və immun reaksiyalara səbəb ola bilər. Məsələn, respirator viruslar epitel hüceyrələrini zədələyir, tənəffüs yollarında iltihabi proses yaradır və bəzən bronxit, pnevmoniya kimi ağırlaşmalara yol aça bilər. Bundan əlavə, virus infeksiyaları bəzən sitokin fırtınasını tətikləməklə sistemli iltihab reaksiyası törədərək orqanların funksiyalarını zədələyə bilər. Viruslar immuniteti zəiflədə bilər, bu da bakterial infeksiyaların qoşulma riskini artırır. Bu səbəbdən virus infeksiyalarında tək simptomları aradan qaldırmaq kifayət deyil, immun sistemini dəstəkləmək də vacibdir.

- Sizin fikrinizcə, insanlar nə etməlidirlər ki, bu kimi fəsadlardan uzaq olsunlar?
- Bu hallarda yüksəkdozalı vitamin C immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir. Yüksəkdozalı vitamin C immun hüceyrələrin aktivliyini normallaşdıraraq interferon sintezini artırmaqla virus və bakteriyalara qarşı müdafiəni artırır, antioksidant təsir göstərir. Beləliklə, yüksəkdozalı vitamin C orqanizmin antiviral müdafiə mexanizmlərini stimullaşdırır, sərbəst radikalları neytrallaşdırır və virusun hüceyrələrə verdiyi zərərləri azaltmağa kömək edir.
Qeyd etmək istərdim ki, Covid-19 kimi ciddi respirator virus infeksiyasının tuğyan etdiyi zaman yüksəkdozalı vitamin C sitokin fırtınasının yaratdığı oksidativ stresi azaltmaqla, immun cavabı tənzimləyib, fəsadlaşmaları minimuma endirərərək xeyli insan həyatın xilas etmişdir. Öz effektini sübut etdiyinə görə yüksəkdozalı vitamin C (7,5 qram, 50 ml-lik venadaxili infuziya məhlulu) dünyada, eləcə də Azərbaycanda Covid-19 xəstəliyinin müalicə protokoluna daxil edilmişdir. Bu protokola əsasən yüksəkdozalı vitamin C gündəlik venadaxili infuziya şəklində 5 gün müddətində təyin edilir.
Hazırda müşahidə olunan respirator virus infeksiyaları Covid-19 qədər zədələyici deyil və yüksəkdozalı vitamin C orqanizmin antiviral müdafiəsini gücləndirərək simptomları daha tez, effektiv azaltmağa və bərpa prosesini sürətləndirməyə kömək edir. Hesab edirik ki, tənəffüs yollarının virus infeksiyalarının müalicəsində yüksəkdozalı vitamin C gündəlik venadaxili infuziya şəklində 3 gün müddətində təyin edilməsi kifayətdir.

- Virus infeksiyasında antibiotiklər əvəzinə yüksəkdozalı vitamin C istifadəsi nə dərəcədə məqsədəuyğundur?
- Virus infeksiyaları antibiotiklərlə müalicə olunmur, çünki antibiotiklər yalnız bakteriyalara təsir edir. Virus infeksiyaları zamanı antibiotik qəbulu immuniteti zəiflədə bilər və əlavə stress yaradır. Yüksəkdozalı vitamin C isə antioksidant və immunomodulyator xüsusiyyətləri hesabına orqanizmin müdafiəsini dəstəkləyərək virusların çoxalmasını ləngidir, həm də iltihabi prosesləri zəiflədir.
- Yüksəkdozalı vitamin C yalnız respirator virus infeksiyalarında istifadə olunur, yoxsa başqa hallarda da faydalıdır?
- Yüksəkdozalı vitamin C çoxşaxəli təsir göstərir və yalnız respirator virus infeksiyasında deyil, digər hallarda da faydalıdır. Məsələn, orqanizmdə ömür boyu saxlanılmaqla vaxtaşırı aktivləşən herpesvirus infeksiyalarında (sadə herpes, sitomeqalovirus infeksiyası, infeksion mononukleoz, qurşaqlı uçuq, xroniki yorğunluq sindromu və s.) yüksəkdozalı vitamin C virusun orqanizmdə replikasiyasını zəiflədir və zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Allergik və iltihabi proseslərdə antioksidant xüsusiyyəti sayəsində reaktiv oksigen radikallarını neytrallaşdırır, immun cavabı tənzimləyir və allergiya əlamətlərini zəiflədir. Hətta xərçəng xəstəliyinin kompleks konservativ müalicəsində onun effektivliyi elmi tədqiqatlarla sübut edilmişdir. Ümumiyyətlə, iltihabi proseslərlə əlaqəli istənilən patologiyalarda sərbəst radikalların yüksəkdozalı vitamin C ilə neytrallaşdırılması hüceyrə zədələnmələrini azaltmaqla xəstəliyin daha tez və fəsadlaşmalar olmadan sağalmasını təmin edir.



Azərbaycanda təhlükəli qrip var?
Bakıda yeni virus yayıldı- XƏBƏRDARLIQ
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Uşaqlar arasında virus: nazirlikdən reaksiya
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
Rus həkimdən dondurma ilə bağlı xəbərdarlıq: Virus...
Qrip zamanı nələr etmək olmaz?
Valideynlərin DİQQƏTİNƏ-Yeni infeksiya yayılıb
Azərbaycanda qapanma ola bilər?
Nazirlikdən ölkədə yayılmış xəstəliklə bağlı XƏBƏRDARLIQ - Fransadan VAKSİN GƏTİRİLDİ
Yeni virusla bağlı əhaliyə XƏBƏRDARLIQ
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 