Hazırda həm uşaqlar, həm də böyüklər arasında boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan xəstəlik əsasən kəskin respirator virus infeksiyasıdır.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları həm böyüklər, həm də kiçiklər arasında müşahidə olunsa da, bu, daha çox kiçik yaşlılar arasında müşahidə edilir.
A.Əliyev əlavə edib ki, kəskin respirator virus infeksiyası ilə yanaşı, havaların qeyri-sabit keçməsi ilə əlaqədar hazırda insanlar arasında soyuqdəymə hallarına da rast gəlinir: “Valideynlərin uşaqlarını hava şəraitinə uyğun geyindirməməsi, həkimə vaxtında müraciət edilməməsi, düzgün müalicə olunmaması belə hallara səbəb olur”.
A.Əliyeva bildirib ki, ötən il ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 2016-cı illə müqayisədə 11 faizə yaxın azalıb: “Bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunur. Bizə həftəlik daxil olan məlumatlar da onu göstərir ki, son həftələr, xüsusilə Novruz bayramından sonrakı həftələr ərzində kəskin respirator virus infeksiyalarına yoluxmanın azalması halları 2 dəfəyədək azalıb. Amma buna baxmayaraq, əks-epidemik tədbirlər davam etdirilir”.



Qriplə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA
Nazirlik həyəcan təbili çaldı: Yeni virus...
Səhiyyə Nazirliyi: "Havanın temperaturu getdikcə yüksəldiyi üçün..."
Azərbaycanda təhlükəli qrip var?
DİQQƏT- Uşaqlar arasında virus yayıldı
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
VALİDEYNLƏRİN DİQQƏTİNƏ- İki virus yayılıb
Qriplə bağlı XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi: “Qorxulu virus aşkarlanmayıb”
Andiçmə mərasimləri necə keçiriləcək?
Azərbaycanda koronavirusla bağlı son vəziyyət - RƏSMİ
Qripə görə məktəblər bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 