Tovuzda qadının barmağını kəndir kəsib.
ONN media xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü Xəlilova Lyudmila Viktor qızı həyətlərində inəyi kəndirlə bağlamaq istəyərkən heyvan qaçıb və qadını sürüyüb.
Hadisə nəticəsində kəndir qadının baş barmağını kəsib.
Qadın təcili olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin tibbi yardımdan sonra qadının barmağı amputasiya olunub.