ONN İnformasiya Agentliyi

İki qadın yıxılaraq “xəstəxanalıq” olub

İki qadın yıxılaraq “xəstəxanalıq” olub
14-06-2018, 02:42


Tovuz rayonunda bir gündə iki qadın xəsarət alıb.

ONN media xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynova Zülfiyyə Əhməd qızı meyvə bağında ağacdan yıxılıb. Qadın bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həmin gün rayonun Düz Qırıqlı kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Mehbarə İslam qızı isə yaşadığı evdə iş görərkən yıxılıb.

Hadisə nəticəsində qadının ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png