ONN İnformasiya Agentliyi

Bu şəxslərə oruc tutmaq olmaz

Bu şəxslərə oruc tutmaq olmaz
06 Mart 2024 - 16:22

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bu müddət ərzində insanları ən çox maraqlandıran sullardan biri də “Kim oruc tuta bilməz” sualıdır.

Bəs Ramazan bayramında kimlərə oruc tutmaq tövsiyə edilmir?

Endokrinoloq Fuad Əliyev bildirib ki, oruc tutmağın bir çox faydaları olsa da bəzi xəstələr üçün ziyanlıdır.

“O xəstəliklərdən biri də diabet xəstəliyidir. Oruc tutanların arasında diabet xəstələrinin sayı da az deyil. Oruc tutan insanın orqanizmində köhnə hüceyrələr yenilənir. Lakin hər kəsin oruc tutmağı tövsiyə edilmir. Diabet xəstələri oruc tutan zaman onlarda ani ağırlaşmalar baş verə bilər. Oruc tutan diabet xəstələrində şəkərin aşağı düşməsi, yəni hipoqlikemiyalar müşahidə edilir. Bu, əsasən, pasientlərdə fiziki aktivlik çox olanda və normal qidalanmayanda baş verir. Bu zaman titrəmə, tərləmə, halsızlıq kimi simptomlar ortaya çıxır. Diabetli xəstələr həkim nəzarət olmadan oruc tutarlarsa bu hallarla üzləşirlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png