ONN İnformasiya Agentliyi

Ölkədə donuz qripi var: Necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ

Ölkədə donuz qripi var: Necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ
01 Fevral 2019 - 13:17

Donuz qripindən xüsusi qorunma yolları yoxdur. Virus aşkar olunubsa, əhalidə xof yaratmaq mənasızdır.

ONN media xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev Azərbaycanda 16 nəfərdə donuz qripi virusunun aşkarlanması barədə təsdiqlənmiş məlumata münasibət bildirərkən deyib.

V.Qarayev bildirib ki, əhali arasında xof yaratsalar, təşvişə düşmüş insanların tibb müəssisələrinə axını başlaya bilər. Bunun nəticəsində də hamı bir-birinə yoluxdurar.

Həkim bildirib ki, insanların sıx olduğu məkanlara getməmək məsləhətdir:

“Qoruyucu maskalardan istifadə olunmalıdır, əllər tez-tez yuyulmalıdır, yüksək qızdırma zamanı qızdırmasalıcılardan istifadə etmək lazımdır, antibiotiklərdən yox.

Çoxlu maye (su, çay, şirələr, kompotlar) qəbul etmək lazımdır. Meyvə-tərəvəzdən bol-bol istifadə edilməlidir. Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir, həkimə müraciət etmək lazımdır”.

V.Qarayev bildirib ki, bağça və məktəblərdə nəzarət gücləndirilməlidir:

“Xəstə uşaqlar bağçaya və məktəbə getməməlidir, yaşlı insanlar və hamilələr daha diqqətli olmalı, vaxtında həkimə müraciət etməlidir”. (axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png