ONN İnformasiya Agentliyi

Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı

Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
07 Fevral 2019 - 15:00

Qızılcaya yoluxma hallarının qeydiyyatı davam edir. Bu xəstəliyə yoluxanların sayında dekabrla müqayisədə yanvar ayında elə də ciddi artım müşahidə olunmayıb.

ONN media bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, hazırda qızılca əsasən 20 yaşdan yuxarı insanlar arasında qeydə alınır:

“Ölkədə qızılcanın yayılması ilə bağlı narahatlığa heç bir səbəb yoxdur. Bu xəstəlik əsasən yaşlı insanlar arasındadır. Onlar da vaxtı ilə peyvənd olunmayan, yəni bu infeksiyaya qarşı immuniteti olmayan insanlardır. Tək-tək hallarda uşaqlar da bu xəstəliyə yoluxa bilərlər. Peyvənd olanlar isə hətta qızılcaya yoluxan xəstə ilə təmas olsa belə, buna yoluxmur. Hazırda vətəndaşlarımızın qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var. Hər ay olduğu kimi, bu ay da ərazi tibb müəsissələrinə vaksin paylanıldı. Əgər hər hansı səbəbə görə valideynlər övladlarını peyvənd etdirməyiblərsə, gec deyil, onlar ərazi uşaq poliklinikalarına və tibb mərkəzinə müraciət etsinlər. Uşaqlara yaşına uyğun olaraq, müvafiq dozada vaksin vurulacaq. Böyüklər üçün olan peyvənd isə tamamilə fərqli olduğu üçün nazirlik tərəfindən 160 min vaksin sifariş edilib və mart ayında onun gətirilməsi gözlənilir”.

Afaq Əliyevə son vaxtlar uşaqların peyvənd olunması üçün daxil olan müraciətlərin sayında artım müşahidə olunduğunu bildirib:

“Yoluxucu xəstəliklərin çoxalması ilə bağlı yayılan məlumatlardan sonra valideynlər narahatlıq keçirib. Bu səbəbdən uşaqların peyvənd olunması üçün valideynlərin tərəfindən müraciətlər artıb. Bu çox yaxşı haldır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png