Bir müddət əvvəl boşandıqları iddia olunan Beren Saat və Kənan Doğulu yaxın dostalarından birinin doğum günü partisində görüntülənib.
ONN media xəbər verir ki, əl-ələ tutan cütlük ayrılmadıqlarını sübut ediblər.
Çıxışda jurnalistlərin suallarını cavablandırmayan Kənan və Berenin xoşbəxt olduğu da gözdən yayınmayıb.
Qeyd edək ki, bir neçə gün öncə alış-veriş mərkəzində paparazzilərə tuş gələn aktrisanın nişan üzüyünü taxmaması diqqətdən yayınmayıb. Bundan başqa, Berenin Kənanın bacısının ad gününə getməməsi də izləyicilərdə ayrılıqla bağlı şübhələrin yaranmasına səbəb olmuşdu.
Ayrılıq xəbərinə belə cavab verdilər

