2 gün əvvəl avtomobil qəzası keçirən əməkdar artist Röya Ayxan səhnəyə qolu gipsdə çıxıb.
ONN media xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) Röyanın dünən axşam restoranlardan birində keçirilən şou-proqramda şıxış edərkən çəkdiyi videonu paylaşıb.
"Allah sevdiyi bəndələri hər zaman qoruyur. Allah səni qorusun, Röya Ayxan. Təki olan malına olsun, pis nəfsdən uzaq olasan. Amma sənə gips də yaraşır, çünki sən əsl ulduzsan!", - deyə Tolik qeyd edib.