ONN İnformasiya Agentliyi

Castin Biber görün kimlə evlənir

Castin Biber görün kimlə evlənir
09 İyul 2018 - 13:23

ONN media xəbər verir ki, Kanadalı müğənni Castin Biber model və teleaparıcı Xeyli Bolduin ilə nişanlanıb.

İfaçı sevgilisinə Baham adalarında istirahət zamanı evlilik təklif edib. O, restorandakı qonaqlardan telefonları yığışdırmağı xahiş edib, daha sonra isə Bolduinlə evlənmək istədiyini deyib.

Biberin valideynləri xəbərə sosial şəbəkə üzərindən reaksiya veriblər.

"Fəxr edirəm – bu söz deyil! Gözlənilən növbəti hissə məni narahat edir", – ifaçının atası "Instagram" hesabında yazıb.

"Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi Sevgi", – anası "Twitter" hesabında yazıb.

Xeyli Bolduin – aktyor Stiven Bolduinin qızıdır. O, 2015-2016-cı illərdə Biber ilə birlikdə olub, ancaq sonra gənclər ayrılmaq qərarına gəlib. Onların münasibətləri Biberin aktrisa Selena Qomezlə ayrılmasından sonra 2018-ci ilin iyununda yenidən başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png