ONN İnformasiya Agentliyi

Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir

Jah Khalib Azərbaycan Ordusunda xidmət etmək istəyir
21 May 2018 - 5:50

Repçi Bəxtiyar Məmmədov (səhnə adı Jah Khalib) məşhur rus ifaçı Bastanın (Vasili Vakulko) “Gazlive” şousunun qonağı olub.

ONN media xəbər verir ki,  veriliş zamanı repçi Azərbaycan Ordusunda xidmət etmək istədiyini bildirib.

“Mənim məqsədim var. 2-3 ildən sonra hərbi xidmətə getmək istəyirəm. Azərbaycanda dostum var. O, xüsusi təyinatlıların hazırlanması ilə məşğuldur. Hər zaman mənə deyir ki, cəsarətlə buraya gəl. Orduda snayperçi olmaq istərdim. Çünki çox səbrliyəm”.

Xatırladaq ki, Jah Khalib son illər Qazaxıstanın ən uğurlu ifaçılarındandır. Onun anası qazax, atası isə azərbaycanlıdır.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png