ONN İnformasiya Agentliyi

“Mən buna hazıram”- Xatirə İslam

“Mən buna hazıram”- Xatirə İslam
10 Oktyabr 2018 - 16:44

Müğənni Xatirə İslam xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevaya haqqında növbəti açıqlama verib.

ONN media Musavat.com-a istinadla xəbər verir ki, ifaçı aktrisanın ipotekada olan evi üçün müğənnilərdən pul yığmasını qınayanlara cavab verib: "Bəli, mən sənət yoldaşlarımdan pul yığanda elə bilirdim səhhəti ilə bağlıdır. Biz yaxşılığımızı, insanlığımızı etdik. Zaurun proqramında məsələyə tam aydınlıq gətirdik. İndi niyə, nə üçün yığdıq biz bunu fakt xəstəlik məqsədi ilə başladıq. Mənə “Bunu niyə etdin? Yaxınlarımızda daha ağır vəziyyətdə olanlar var" deyənlər də oldu. Mən buna görə sənət dostlarımın, sevənlərimin gözündən düşdümsə, o məbləği cibimdən qaytarmağa hazıram.

Adam bir yaxşılığı edib ətrafında bu qədər dolanmaz. Məncə, hərdən insanın həyatında elə problemi olur ki, hətta xəstəlik də onun yanında yalan kimidir. Ona görə də biz Tünzalə xanımı rahat buraxsaq, yaxşı olar. O da öz problemini, dərdini həll etsin təki. Biz hər şeyi Allah üçün edirik. Tək bunu yox, hər şeyi. Allah bizi qorusun. Bizim səhnədə, sənətdə çalışan, vuruşan, sevilən ulduzları qorusun. Biz də yaxınlara, dostlara imkan daxilində əl tuta bilək.

Bir də yazırsız ki, "Məbləği niyə açıqladız?". Açıqlamağı müğənni dostlarım istəməyə bilər, amma mən pul məsələsində çox dəqiq insanam. Bəlkə, kimsə düşünərdi ki, 20 olmalıydı, niyə 17 oldu? Hər şey su kimi aydın olsa, yaxşıdır. Mən də rahat olum, onlar da. Lənət olsun, içimdəki bu dəqiqlik hissinə. Halallıq gözəldir".

Qeyd edək ki, "Bizimləsən" verilişinə qatılıb və evinin ipoteka krediti üçün pul toplayan Tünzalə Əliyevaya tənqid olunub. Onun xəstəliyindən istifadə etməkdə ittiham ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png