ONN İnformasiya Agentliyi

Manana bu siyahıya düşdü

Manana bu siyahıya düşdü
09 İyul 2018 - 16:07

“Qəlbimin üzgünlüyü ilə Manana xanımı hit-paraddan uzaqlaşdırıram. Ona görə ki, son zamanlarda hitlərini görmürəm. “Bu nə cür məhəbbətdir” mahnısı hanı? Onu ulduzu sönənlər arasında görənlər çoxdur. Bəli, elədir".

ONN media xəbər verir ki, bu sözləri müğənni Lətifə Soyuöz "ATV maqazin onlarla" verilişində deyib. O, əməkdar artist Manananı ulduzu sönmüş ifaçı adlandırıb:

"Bu gün bu addımı atıram ki, o unudulmuşlar sırasına daxil olur. Bu mənə böyük acı verir. İstəsə onun ulduzu bir dəqiqədə parlayar. Həvəsi yoxdur sanki. Başa düşürəm pop musiqimiz getdikcə bərbadlaşır. Bizim gözəl sənətkarlar işləməsələr, musiqimiz getdikcə batacaq. Tünzalə Ağayeva bir ifadə işlətmişdi: biz oxumasaq, bu gün gündəmdə olmasaq, gündəmi meymunlaramı buraxaq? Çox haqlı idi. Bu gün onlar gündəmdə olmalıdırlar. Bizim pop musiqimiz bu hala düşməməlidir. Bundan çox güclü mahnısı gəlsin və hər zaman gündəmdə olsun”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png