ONN İnformasiya Agentliyi

Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? – AÇIQLAMA

Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? – AÇIQLAMA
18 Aprel 2024 - 17:23

Müğənni Rəqsanə İsmayılova barəsində yayılan məsələyə münasibət bildirib.

Müğənni açıqlamasında onun haqqında yayılan məlumatı təkzib edib:

“Məni heç kim məhkəməyə verməyib. Əslində, məhkəməyə mən müraciət etmişəm. Məhkəmə başa çatdıqdan sonra mətbuata məlumat verəcəyik”.

Daha ətraflı Baku Tv-nin süjetində:

Müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. 

Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Rəqsanə İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı Rəqsanə İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib: 

“Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png