ONN İnformasiya Agentliyi

Xalq artisti İlham Əliyevə təşəkkür etdi

Xalq artisti İlham Əliyevə təşəkkür etdi
22 Oktyabr 2019 - 0:01

Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artistlər Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva Xalq artisti adına layiq görülüb.

ONN media xəbər verir ki, Tünzalə Ağayeva fəxri ad alması ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb.

Dövlət başçısına təşəkkür edən müğənni sevincini belə ifadə edib:

“Bu gün unutmayacağım hisslərlə doludur, hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim, tamaşaçılarım… Çox sevincliyəm, o qədər aşıb-daşan duyğularım var ki, bilmirəm hansından başlayım…

Mənə verilən dəyər və etimada görə bir sənət adamı və vətəndaş kimi hörmətli Cənab Prezidentə, Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Bu adı hər zaman ən gözəl və layiqli şəkildə daşımağa çalışacam. 2006-cı ildə Əməkdar artist adı aldığım gün sevinc göz yaşlarımı xatırlayıram. İndi isə ikinci dəfə belə bir hal və sevinc yaşayıram. Bu ad mənim üçün ikiqat sürpriz oldu. Çünki, bu gün həm də doğum günümü qeyd edirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png