ONN İnformasiya Agentliyi

Sabiq icra başçısına YENİ VƏZİFƏ VERİLDİ

Sabiq icra başçısına YENİ VƏZİFƏ VERİLDİ
10-11-2019, 19:26


Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə təyin olunub.
ONN media xəbər verir ki, o, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq. Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib. Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb. T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib.(report)
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png