Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ONN media-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilsin.