ONN İnformasiya Agentliyi

Qarabağda daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

Qarabağda daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapıldı
22-06-2021, 22:36

Qarabağda hərbi əməliyyatların gedişində həlak olmuş daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

ONN media  xəbər verir ki, bu barədə Ermənistana məxsus "Telegram" kanalları məlumat yayıb.

Cəsədin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Qalıqların kimə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1584-ə çatıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png