Gənclər və yeniyetmələr Feysbuk sosial şəbəkəsində daha az vaxt keçirir, platformada daha az paylaşım edirlər. Bu da şirkətin mənfəətinə mənfi təsir göstərə bilər.
ONN media xəbər verir ki, bu barədə “Blumberq” sosial şəbəkənin daxili sənədlərinə istinadən məlumat yayıb.
Mart ayında təşkilat rəhbərliyinə təqdim edilən hesabata görə, yeniyetmələr saytda keçən ilə nisbətən 16%, gənclər isə 5% daha az vaxt keçirməyə başlayıblar.
Yeniyetmələrin də şəbəkədə qeydiyyatı azalıb. Bundan başqa, sosial şəbəkədə ilk dəfə qeydiyyatdan keçən istifadəçinin orta yaşı 19-20-dən 24-25-ə yüksəlib. Feysbuk rəhbərliyi bu tendensiyanın səbəblərini tam anlamır.