Azərbaycan Prezidentinin rəhbərliyi nəticəsində Zəngəzur və işğaldan azad olunan torpaqlarlmızda nəzərdə tutulan bütün layihələr uğurla başa çatacaq.
ONN media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Spiker deyib ki, 8 noyab Zəfər günündən sonra işğaldan azad olunan torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri gedir.
"Bunlarla yanaşı, bölgədə Zəngəzur nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması nəzərdə tutulub. Azərbaycan və Türkiyə Prezidentləri bu günlərdə Zəngilanda Zəngəzur layihəsinin bünövrəsini qoydular. Əminəm ki, bu layihələr qıda zamanda uğurla reallaşacaq və bölgənin rifah halının yaxşılaşmasına, inkişafına, sabitliyinə xidmət edəcək", - Qafarova qeyd edib.