İrəvanda 21-22 fevral tarixlərində Avronest Parlament Assambleyasının büro və komissiyalarının iclası keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" bu ölkənin parlamentinə istinadla məlumat yayıb.
Bildirilib ki, görüşlərdə Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərinin və Avropa Parlamentinin deputatları iştirak edəcək.
Azərbaycan, Ukrayna, Gürcüstan nümayəndələrinin də səfərinin planlaşdırıldığı məlumatda öz əksini tapıb.