Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.
ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.
Görüş ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçiriləcək. Ona görə də sammitdə Belarusun rəsmi nümayəndələri olmayacaq, Minsk isə rəmzi “bayraqsız boş oturacaq”la təmsil olunacaq.
Aİ-nin yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.



Brüsseldə "Şərq Tərəfdaşlığı" sammiti başlayır
İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak etdi (YENİLƏNDİ)
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Ceyhun Bayramov Brüsseldə mühüm görüşdə iştirak edir
Sərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokda
Avropa Bakıya verəcəyi məbləği artırır
Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
Bakının Brüssel qələbəsi: Avropadan bəyanat
İlham Əliyev və Paşinyan Brüsseldə görüşü keçirilə bilər
Prezident İlham Əliyev Belçikaya işgüzar səfərə getdi
Estoniya prezidenti: Aİ Azərbaycanla əməkdaşlığı genişləndirməyi hədəfləyir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 