ONN İnformasiya Agentliyi

Xeyli sayda rus texnikası MƏHV EDİLDİ: Müharibədə SON VƏZİYYƏT - YENİLƏNDİ

Xeyli sayda rus texnikası MƏHV EDİLDİ: Müharibədə SON VƏZİYYƏT - YENİLƏNDİ
1-03-2022, 10:51

Ruslar ağır silahlarla yenidən hücuma keçib. Mülki və hərbi infrastruktura hücum etmək üçün təxribat və kəşfiyyat qruplarından geniş istifadə olunur. Düşmənin şimal-şərq istiqamətindən paytaxta doğru irəliləməsinin qarşısını almaq üçün Siversski rayonunda müdafiə döyüşləri davam edir. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı son məlumatda qeyd olunub. 

Bildirilir ki, Kiyev Müdafiə Qüvvələri şəhərin müdafiəsini davam etdirir: “Müdafiənin xarici sərhədlərini və mühüm dövlət infrastrukturunu qoruyur, işğalçı bölmələrin paytaxtın ətraf ərazilərinə yaxınlaşmasının qarşısını alır. Beynəlxalq humanitar hüquq normalarına məhəl qoymayaraq, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyasının və Milli Polisinin hərbi geyimində kamuflyaj olunan, döyüş birləşmələri vasitəsilə Kiyevə soxulan düşmən müəyyən edilərək məhv edilir. Qoşunlarımız bu istiqamətdə fəal iş görürlər.  

Qoşunlarımızın davamlı müdafiəsi düşmənin döyüş ruhunu və qələbə əzmini sürətlə aşağı salır. Könüllü əsir düşmə və fərarilik halları müşahidə olunur. Ukrayna Hərbi Hava Qüvvələrinə xidmətlərinə görə təşəkkür edirik. Təkcə son gündə onlar rus təcavüzkarlarının 5 təyyarəsini məhv ediblər” - məlumatda deyilir.

xxx

10:10

“Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları Rusiyaya məxsus 2 təyyarəni vurub. S-300 zenit-raket diviziyaları isə 3 təyyarəni məhv edib”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar Su-30 və Su-35 təyyarələridir. Həmçinin Buk M-1 zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub. Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmənin canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin Su-24m təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanın sütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib” - məlumatda deyilir.(publika)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png