“Biz təcavüzkarı dayandırmaqla yanaşı, ehtiyat hissələrini müəyyən edilmiş yerlərdə yerləşdirmişik və əks-hücuma keçirik”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıy müharibənin 20 gününün yekunu ilə bağlı açıqlamasında qeyd edib.
Zalujnıy bildirib ki, Ukrayna hərbçiləri itkilər verir: “Lakin bizim itkilərimiz düşməninkindən bir neçə dəfə azdır”.
O, həlak olan əsgərlərin ailələrinə başsağlığı verib.