Rusiya Silahlı Qüvvələri Ukraynanın şərqindəki Ukrayna bölmələrini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərini kütləvi atəşə tutmağa başlayıb.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
"Fevralın 24-də saat 05:00-da Rusiya Federasiyası Silahlı Qüvvələri şərqdəki bölmələrimizi kütləvi atəşə tutmağa başlayıb və "“Borispol”, “Ozerno”, “Kulbakino”, “Çuquyev”, “Kramatorsk”, “Çernobaevk” aerodromlarına əmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bomba zərbələri endiriblər".
Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri işğalçının hava hücumunu dəf edir:
"Dövlət müdafiə qüvvələri tam döyüş hazırlığındadır, müdafiə mövqelərini tutublar. Vəziyyət nəzarət altındadır".