Rusiya və Belarusdan gələn 152 yük maşını AB-nin yeni sanksiyaları səbəbindən Latviya sərhədindən buraxılmayıb.
Bu barədə “Err” nəşri məlumat yayıb.
“Aprelin 9-dan sanksiyalar qüvvəyə mindiyi üçün Rusiya və Belarus nömrəli yük maşınlarının Avropa Birliyinin sərhədlərini keçməsi qadağan edilib”, - Latviya Sərhəd Xidmətinin rəsmisi Andrey Vayvars deyib.