AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
ONN media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur: “2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı”.



Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL
Azərbaycanda matəm elan olundu
TƏCİLİ: Putin Əliyevə zəng etdi
Ekipaj üzvləri dəfn olundu
AZAL-ın təyyarəsinin dəhşətli qəzası: 12 nəfər sağdır!
Qəzanən dəhşətli səbəbi: Qroznı AZAL təyyarəsini qəbul etməyib!
Putin yenidən İlham Əliyevə zəng etdi
Qəzada həlak olanların ailəsinə bu qədər ödəniləcək
Qəzada həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir
Prezident ekipaj üzvlərinin vida MƏRASİMİNDƏ
Qəzaya düşən təyyarəmizdə neçə Azərbaycan vətəndaşı olub?
Rusiyadan təyyarə qəzası ilə bağlı yeni məlumat
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir
Qarpızın zərərləri nələr ola bilər?
DÇ-2026: 1/16 final mərhələsinin növbəti oyunları...
Neftin bu günə olan qiyməti
Bakının 2 rayonunda işıq olmayacaq
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Rusiyadan AZAL-la bağlı açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Sabah yağış yağacaq
Azərbaycanda 63 yaşlı qadın ana oldu
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı 