Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
ONN media xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.
Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.
Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğuladı.
Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirdi, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu dedi.
Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi



İlham Əliyev BƏƏ nazirini qəbul etdi
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub -YENİLƏNİB
Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam
Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ
Prezident “DP World” şirkətlər qrupunun sədrini qəbul etdi
İlham Əliyevə qılınc hədiyyə edildi - FOTOLAR
Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam
İlham Əliyev BƏƏ-yə gedib
Prezident Devid Harrisi qəbul etdi
İlham Əliyev bu ölkələrin səfirlərini qəbul etdi - YENİLƏNDİ
Rusiyadan AZAL-la bağlı açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Sabah yağış yağacaq
Azərbaycanda 63 yaşlı qadın ana oldu
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Neft yenidən bahalaşdı
Bakının bu rayonunda 3 saat işıq olmayacaq
Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi...
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə! 
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ